Image description

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun ötənilki əməliyyat xərcləri əvvəlki ilə nisbətən az olub.

İndex.az xəbər verir ki, bunlar “Premium Bank”, “Xalq Bank”, “Günay Bank”, Pakistan Milli Bankının Bakı filialı, “Access Bank”, “Bank Avrasiya”, “Yapı Kredi Bank Azərbaycan”, “AFB Bank”, “Muğan Bank” və “Express Bank”dır.

Ən çox azalma “Express Bank”da (15%), ən az azalma isə “Premium Bank”da (0,4%) qeydə alınıb.

Qalan 16 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “Azərbaycan Beynəlxalq Bankı”nda (24,5%), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan”da (0,6%) qeydə alınıb.

Renkinq.az