Image description

Azərbaycanda arpa biçini davam edir.

İndex.az Kənd Təsərürfatı Nazirliyinə istinadən xəbər verir ki, iyunun 3-nə olan operativ məlumata görə, artıq 36 148 hektar sahədə biçin başa çatıb. Sahələrdən 102 032 ton məhsul yığılıb.

Hazırda arpa üzrə orta məhsuldarlıq 28,2 sentner təşkil edir.

Məlumatda həmçinin deyilir ki, Azərbaycanın 35 rayonunda gedən arpa biçini prosesinə 1 139 kombayn cəlb olunub. Bunlardan 403-ü “Aqroservis” ASC-nin rayon bölmələrində olan kombaynlardır.

“Aqroservis” ASC tərəfindən biçin zonasına digər rayonlardan 183 kombayn dislokasiya edilib. Arpa biçinində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 553 kombayn da iştirak edir. İndiyədək
“Aqroservis” ASC-nin kombaynları tərəfindən 21402 hektar, fiziki və hüquqi şəxsləri kombaynları tərəfindən isə 14 746 hektar sahədə biçin aparılıb.

Azərbaycanda kütləvi taxıl biçini iyunun ikinci ongünlüyündə başlayacaq.

Bizi Telegram-da izləyin: t.me/indexaz