Image description

“Yelo Bank” daha bir tanınmış bankiri öz heyətinə cəlb edib.

İndex.az banka istinadən xəbər verir ki, zəngin beynəlxalq bank təcrübəsinə malik və Azərbaycan daxil dünyanın bir çox ölkəsində çalışmış Britaniya vətəndaşı Endryu Pospielovski Bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən Müşahidə Şurasının üzvü kimi təsdiqlənərək Yelo komandasına qoşulub.

15 ildən artıq müddətdə Bank və maliyyə institutlarının idarəetmə sahəsində təcrübəyə malik olan cənab Pospileovski Müşahidə Şurası, İdarə Heyəti kimi ali idarəetmə orqanlarının üzvü və rəhbəri olub.

Maliyyə institutları ilə işdə çox böyük təcrübəyə malik olan E. Pospielovski, Audit və Risk Komitələrinin üzvü olmaqla yanaşı iri məbləğlərdə kreditlərin verilməsində, həmçinin strateji qərarların qəbulunda birbaşa iştirak edib.

Bu təyinatla E. Pospielovski “Yelo Bank”ın Müşahidə Şurasına daxil olan üçüncü üzv olub. Xatırladaq ki, Bankın Müşahidə Şurasına Marina Kulişova sədrlik edir, Nikoloz Yenukidze isə digər üzvdür.

Bizi Telegram-da izləyin: t.me/indexaz