Image description

Azərbaycanda könüllü sığorta növlərinin hesabına bu ilin yanvar-aprel ayında 222 milyon 416 min manat sığorta haqqı toplanılıb.

İndex.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır.

Bundan başqa, hesabat dövründə könüllü sığorta növlərinin hesabına 129 milyon 373 min manat sığorta ödənişi həyata keçirilib. Bu isə illik müqayisədə 2 dəfə çoxdur.

2021-ci ilin yanvar-aprel ayında icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 116 milyon 691 min manat olub ki, bu da illik müqayisədə 15% çoxdur.




©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz