Image description

“Günay Bank” ASC 2020-ci ildə kredit portfelini 174.89 milyon manatdan 209.81 milyon manata qədər artırıb.

İndex.az xəbər verir ki, bu barədə Bankın illik audit hesabatına istinadən xəbər verir.

Bankın kredit portfelinin böyük hissəsində pay sahibi (hesabat dövrünə 82.9%) olan ipoteka kreditlərinin həcmi 174.01 milyon manat olmuşdur. Beləliklə, bank bu kreditlərin 19% artırmalı olmuşdur. Daşınmaz əmlaka verilmiş bu kreditlərin 152.5 milyon manatı daşınmaz əmlakla girovludur. Digər 12.56 milyon manatı qiymətli kağız və 8.91 milyon manatı isə təminatsızdır.

Bank korporativ müştərilərə verdiyi kreditin həcmini 9% azaltmaqla 11.83 milyon manata, avtokreditlərin həcmini 35% azaltmaqla 1.68 milyon manata düşürdüyü halda, mənzil təmiri kreditini 5% böyütməklə 10.08 milyon manata, dövriyə vəsaitləri kreditinin həcmini isə 10.78 milyona qədər böyüdüb.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz