Image description

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 339,107 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Index.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 179,789 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 70,3% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 33,9 manat olub.

Bizi Telegram-da izləyin: t.me/indexaz