Image description

Bakı Metropoliteni bu il də yeni qatarlar alacaq.

İndex.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: "2019-cu ildə Bakı Metropoliteni Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, hər il şirkət Bakı Metropoliteni üçün 20 yeni vaqon istehsal etməlidir. 2015-ci ildən bu vaxta qədər Bakı Metropoliteni 75 yeni vaqon gətirib. Hazırda həmin vaqonlar istismardadır. Bu il daha 20 vaqon ölkəyə gətiriləcək və ilin sonuna qədər istismara veriləcək. Müqaviləyə əsasən, gələn il daha 20 yeni və müasir vaqon ölkəyə gətiriləcək".

Bizi Telegram-da izləyin: t.me/indexaz