Image description

Bu ilin mart ayında Azərbaycandan Türkiyəyə 1 mlrd 072 mln kubmetr təbii qaz ixrac edilib.

İndex.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2020-ci ilin eyni ayı ilə müqayisədə 16% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.

Mart ayında Türkiyəyə qaz ixracına görə birinci yerdə Rusiya qərarlaşıb. Bu ölkədən Türkiyəyə 2 mlrd 584 mln kubmetr təbii qaz ixrac edilib. Bu, 2020-ci ilin mart ayı ilə müqayisədə 6,6 dəfə çoxdur.

Mart ayında İrandan Türkiyəyə 850 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2020-ci ilin mart ayı ilə müqayisədə 52,4% çoxdur.

Hesabat dövründə Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın miqdarı 5 mlrd 827 mln kubmetrə çatıb. Bu, 2020-ci ilin mart ayı ilə müqayisədə 47,8% artıma bərabərdir.

Bu miqdarın 4 mlrd 506 mln kubmetri boru kəmərləri ilə nəql edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4 dəfə çoxdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz