Image description

Bu il mayın 1-nə Azərbaycan banklarına manatla depozit qoyuluşu 10 milyard 326,1 milyon manat təşkil edib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 6,2%, ilin əvvəlinə nisbətən 8,4 %, ötən il mayın 1-i ilə müqayisədə isə 32,9% çoxdur.

Aprelin sonuna banklara xarici valyuta ilə depozit qoyuluşu isə 8 milyard 864,5 milyon manat olub. Bu da aylıq müqayisədə 1,3% az, ilin əvvəlinə nisbətən 0,2% çox, illik müqayisədə isə 9,6% azdır.

Report

Bizi Telegram-da izləyin: t.me/indexaz