Image description

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 987,5 mln manat təşkil edib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1,8% çox, ilin əvvəli ilə müqayisədə 3,1% çox, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% azdır.

Kredit qoyuluşunun 11 mlrd 763,7 mln manatı və yaxud 78,5%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 2,7% azdır.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 848,1 mln manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 7,6% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17,5%-dən 19%-ə qalxıb.

Aprelin sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 375,7 mln manat olub. Bu isə illik müqayisədə 7,2% azdır. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,7%-dən 2,5%-ə enib.

Report

Bizi Telegram-da izləyin: t.me/indexaz