Image description

Bu ilin may ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,6 bənd təşkil edib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,7 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 2 bənd çoxdur.

Bu ilin may ayının 1-nə manatın real effektiv məzənnəsi isə 103,9 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,7 bənd çox, ilin əvvəli ilə müqayisədə 3,6 bənd çox, illik müqayisədə isə 3,5 bənd azdır.

Report

Bizi Telegram-da izləyin: t.me/indexaz