Image description

Bu il mayın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 29 milyard 753,9 milyon manat təşkil edib.

İndex.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1,6%, ilin əvvəli ilə müqayisədə 1,9%, ötən il mayın 1-nə nisbətən isə 13,2% çoxdur.

Aprelin sonuna manatla geniş pul kütləsinin həcmi 20 milyard 889,3 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 2,8%, ilin əvvəli ilə müqayisədə 2,9%, ötən ilin aprelin sonuna nisbətən isə 26,7% çoxdur.

Report

Bizi Telegram-da izləyin: t.me/indexaz