Image description

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32 796,7 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 4,9% çoxdur.

Bankların aktivlərinin 13 434,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 1,3% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,5%-dən 41%-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 5,1% artaraq 28 065,6 milyon manata, o cümlədən depozit portfeli 7,1% artaraq 21 362,1 milyon manata çatıb. Bunun 8 219,9 milyon manatı fiziki, 13 142,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 7,3%, şirkətlərin banklardakı vəsaitləri isə 7% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 15,3% azalaraq 371,3 milyon manat olub.

Sektorun balans kapitalı isə 3,7% artaraq 4 731,1 milyon manat təşkil edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz