Image description

Bu ilin yanvar-mart aylarında dünyanın ən böyük 12 investisiya bankının gəlirləri 39% artaraq son 6 ilin maksimumuna çatıb.

Index.az xəbər verir ki, bu barədə “Coalition” analitik şirkətinin apardığı araşdırmada deyilir.

Yanvar-mart aylarında bu göstərici 62,9 mlrd. ABŞ dolları təşkil edib, halbuki keçən ilin eyni dövründə 45,2 mlrd. dollar olub.

Səhmlərin və törəmə alətlərin ticarətindən əldə olunan gəlirlər 63% artaraq 17,7 mlrd. dollara çatıb. ABŞ-ın “Archegos Capital Management” hedc fondunun çökməsini nəzərə alsaq, artım cəmi 6% təşkil edib.

İnvestisiya bankçılığı sahəsində artım 73% olub – 17,1 mlrd. dollaradək – bu, rekord göstəricidir. Sözügedən artım həm də birləşmə sahəsindəki aktivliyin kəskin artması və səhmlərin emissiya həcminin artması ilə əlaqəli idi.

Aparıcı bankların konsolidasiya edilmiş sabit gəlirlik, valyutalar və xammal əmtəəsinin (FICC) əməliyyat gəlirləri 15% artaraq 28 mlrd. dollara yüksəlib.

Xatırladaq ki, “Caolition” dünyanın ən böyük investisiya bankları sırasına “Goldman Sachs Group”, “JPMorgan Chase & Co.”, “Citigroup Inc.”, “Bank of America Corp”, “Morgan Stanley”, “Deutsche Bank”, “Barclays”, “Credit Suisse”, UBS, “HSBC Bank Plc”, “BNP Paribas”, “Societe Generale” daxil edir. Bununla belə, şirkətin təhlili Avstraliya və Kanadanın iri banklarını, həmçinin inkişafda olan ölkələrin xammalla əməliyyatların həcmi ilə seçilən maliyyə şirkətlərini nəzərə almır.





©APA

Bizi Telegram-da izləyin: t.me/indexaz