Image description

"Bakı Sığorta" ASC-nin səhmlərinin 9,38%-nə nəzarət edən "Subaru Azərbaycan" MMC payını digər 9,38%-lik səhmdar - "Toyota Abşeron Center” MMC-yə satıb.

İndex.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, "Toyota Abşeron Center” digər 9,38%-lik səhmdar - "Yeni Motor" MMC-dən də 1% pay alıb və payını 19,76%-ə çatdırıb.

Bundan başqa, 2019-cu ilə qədər "Bakı Sığorta"nın səhmdarı olmuş "Diamond Motors" MMC də "Yeni Motor"dan 1,54% pay alaraq yenidən şirkətin payçıları siyahısına qoşulub. Son nəticədə "Yeni Motor"un payı 6,84%-ə düşüb.

"Bakı Sığorta"nın səhmlərinin qalan hissəsi yenə də "Bank Respublika" ASC-yə (51,29%), Murad Rəhimova (6,97%), Behbud Nəcəfova (6,93%) və “Ekolizinq” MMC-yə (6,68%) məxsusdur.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır.





©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz