Image description

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kommersiya məhkəməsinə üz tutub.

İndex.az xəbər verir ki, DVX-nin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi hələ bir yaşı olmamış “Azerbaijan Alco Group” MMC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məlumatda tam olaraq açıqlanmasa da (məsələn, işin mahiyyəti: “sair işlər” qeyd edilib) sonradan, şirkətin dövlət büdcəsinə 689 945 manat vergi borcu olduğu aşkarlanıb.

Qeyd edək ki, “Azerbaijan Alco Group” 2020-ci ilin avqust ayının son günləri rəsmi dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı isə 100 manat olaraq reyestrdə təsbit olunub.

Bizi Telegram-da izləyin: t.me/indexaz