Image description

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac təşkil edəcək.

İndex.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Füzuli rayonunda yerləşən “Horadiz” qum-çınqıl yatağının 55 ha sahəsi 5 LOT üzrə, Goranboy rayonunda yerləşən “Qarasuçay” qum-çınqıl yatağının 43 ha sahəsi 4 LOT üzrə hərraca çıxarılacaq.

“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqlarının ərazilərində yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı hərrac iddiaçıları iştirakla bağlı sənədləri 11 iyun 2021-ci il, saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda həm yerli, həm də xarici hüquqi və fiziki şəxslər iştirak edə bilər. Açıq hərrac ƏMDX-nın Əmlak Xidmətləri Məkanında keçiriləcək. Hərrac elanı ilə Dövlət Xidmətinin internet səhifəsində (https://bit.ly/3vhvwgi) və Özəlləşdirmə portalında (http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/faydal-zhaz-nt-yatazhlar?layout=edit&id=6934.) tanış olmaq mümkündür.

Bizi Telegram-da izləyin: t.me/indexaz