Image description

"Azərişıq" ASC 2020-ci ili 2,866 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, qurum 2019-cu ildən 54,863 milyon manat xalis zərərlə çıxmışdı.

İndex.az xəbər verir ki, ötən il səhmdar cəmiyyətinin elektrik enerjisinin satışından gəlirləri 1 216,065 milyon manat (əvvəlki ilə nisbətən 1,3% az), satışının maya dəyəri 1 059,595 milyon manat (6,6% az), paylama xərcləri 46,234 milyon manat (1,7% az), inzibati xərcləri 67,098 milyon manat (8,05% çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 19,562 milyon manat (25,6% çox), sair xərcləri 709 min manat (101 dəfə çox), sair gəlirləri 69 min manat (32,35% az), xalis maliyyə xərcləri 14,116 milyon manat (28,79% azdır), mənfəət vergisi ödəmələri isə 5,954 milyon manat (3,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 2 429,825 milyon manat olub ki, bu da illik müqayisədə 4,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 14,3 % artaraq 768 min manata düşüb, balans kapitalı isə 2,52% artaraq 1 661,573 milyon manata çatıb.

Xatırladaq ki, "Azərişıq" ölkə prezidentinin 10 fevral 2015-ci il tarixli sərəcamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 678,705 milyon manatdır.





©Report




Bizi Telegram-da izləyin: t.me/indexaz