Image description

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 5,8 dəfə azalaraq 162,8 min nəfər olub.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən bildirir.

Bildirilir ki, ölkə vətəndaşlarının 42,4%-i Türkiyəyə, 22,1%-i Rusiya Federasiyasına, 9,4%-i Gürcüstana, 6,9%-i İrana, 19,2%-i digər ölkələrə səfər edib. Gedənlərin 75,4%ni kişilər, 24,6%-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28,5 dəfə, Gürcüstana gedənlərin sayı 18,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 5,4 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,3 dəfə azalıb.

2021-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6%-i hava, 25,1%-i dəmir yolu və avtomobil, 6,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz