Image description

Ötən il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin neft və qeyri-neft sahələri üzrə hesabatlılığının aparılması zamanı “Büdcə sistemi haqqında” qanunun bəzi tələbləri nəzərə alınmayıb.

İndex.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“2020-ci ilin dövlət büdcəsinin proqnozlaşdırılması və icrası ilə əlaqədar təqdim edilən sənədlərdən görünür ki, fiziki şəxslərin gəlir vergisindən başqa qanunvericiliklə müəyyən edilmədiyi halda yol vergisi də Dövlət Neft Şirkətinin (strukturundakı “Azəriqaz” və “Azərkimya” istehsala birlikləri ilə birlikdə) xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlər üzrə proqnoz və icra göstəricilərinə daxil edilməyib.

2020-ci ilin büdcə gəlirlərinin hesabatlılığında Şirkətin ölkə ərazisində istehsal edərək, daxili istehlaka yönəltdiyi (topdan satılan) yanacağa görə ödənilmiş 68,221 milyon manat məbləğində yol vergisinin neft gəlirlərinə deyil, qeyri-neft gəlirlərinə aid edilməsinə yol verilib. Bu isə son nəticədə büdcənin icrası barədə illik hesabatda qeyri-neft gəlirlərinin daha çox göstərilməsinə səbəb olub”, - rəydə qeyd olunub.

Bizi Telegram-da izləyin: t.me/indexaz