Image description

Yaponiyada xüsusi qaydada yetişdirilərək hərraca çıxarılan 2 yemiş 2,7 milyon yenə (təxminən 25 min ABŞ dolları) satılıb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, məhsulları körpə qidası istehsalçısı olan “Hokkaido Products” şirkəti alıb.

Xatırladaq ki, sözügedən növ yemişlər Yaponiyanın Hokkaydo əyalətində ərsəyə gətirilir və ləzzətinə görə bütün ölkədə məşhurdur. Onların Yaponiya tarixində ən yüksək alqı-satqı qiyməti 2019-cu ildə qeydə alınıb. Həmin il bir cüt yemişə 5 milyon yen (təxminən 46 min dollar) verən tapılmışdı.

Report

Bizi Telegram-da izləyin: t.me/indexaz