Image description

2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat məbləğində maliyyə yardımı ayrılıb.

İndex.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Qeyd edilib ki, bu da 2019-cu illə müqayisədə 1 milyon manat və ya 38,4 faiz çoxdur.

Sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Bizi Telegram-da izləyin: t.me/indexaz