Image description

Tarif (qiymət) Şurasının dünən keçirilən iclasında yanacaqla bərabər, digər sahələr üzrə tariflərə də yenidən baxılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflərə baxılması barədə müraciəti müzakirə edilib. Və daşınmaz əmlakla bağlı tariflər qaldırılıb.

Daşınmaz əmlak məsələləri üzrə ekspert, “MBA Group”şirkətinin rəhbəri Nüsrət İbrahimov Modern.az-a deyib ki, bu il mənzil bazarında da qiymətlərin bahalaşması ehtimalı var.

“İnsanların gəlirlərində azalma müşahidə edilməsinə baxmayaraq, müəyyən qədər bahalaşma gözlənilir”.

Ekspertin sözlərinə görə, bahalaşma tikinti həcminin azalması ilə əlaqəlidir: “Bahalaşma tikinti həcminin azalması ilə birbaşa bağlı olacaq. Ötən ili misal göstərsək, ilin əvvəl ilə sonunda 40%-ə yaxın azalma müşahidə olunmuşdu. Bu azalma da qiymətlərin artımı ilə nəticələnir”.