Image description

Azərbaycanda bu ilin yanvar-aprel aylarında minik taksilərindən 28 milyon 189 min nəfər istifadə edib.

İndex.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, illik müqayisədə 62.8% çoxdur.

2020-ci ilin yanvar-aprelində taksi xidmətlərindən 17 milyon 320 min nəfər istifadə edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında avtobuslarla 326 milyon 773 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 25.7% azdır.






©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz