Image description

“Atmosphere lounge and restaurant” “Kababçı” axtarır.

İşin təsviri:

• Müxtəlif növ kababların bişirilməsi (Lülə,tikə, basdırma, antrikot);
• Quzunun düzgün formada doğranılması;
• Ətin marinatlanması və düzgün formada doğranılması;
• Kabab sifarişlərinin mükəmməl hazırlanması;
• Kababların hazırlanma qramajına mütləq şəkildə riayət edilməsi;
• Qalıq ərzaq məmulatlarının istifadəsi üçün yolların müəyyən edilməsi;
• İşlərin yoğun olduğu hallarda və ya pik saatlarda digər aşbazların əvəz edilməsi və ya onlara yardım edilməsi;
• Ərzağın təhlükəsiz və gigiyenik şəraitdə hazırlanmasını təmin etmək məqsədilə yeməyin bişirildiyi sahələri, o cümlədən avadanlıqların, iş yerlərinin yoxlanılması və təmizlənilməsi.

Namizədə tələblər:

• Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi mütləqdir;
• Diqqətli, məsuliyyətli və cəld olmalı;
• Komandada işləmək bacarığı olmalı;
• Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli.

Əmək haqqı: 700-800 AZN arası
İş qrafiki: 6 günlük iş rejimi,
Yaş: 25-40
Həftədə 1 gün istirahət
Nahar şirkət tərəfindən qarşılanır.
AR-nın ƏM uyğun sənədləşmə.

Ünvan: "Elmlər akademiyası" metro stansiyasının yaxınlığı, BDU universiteti ilə üzbəüz.

Maraqlanan namizədlər öz şəkilli CV-lərini hr@atmosphere.az elektron ünvanına mövzu yerinə “Kababçı” qeyd olunmaqla göndərərək müraciət edə bilərlər.


Bizi Telegram-da izləyin: t.me/indexaz