Image description

Azərbaycan 2021-ci ildən Rusiya Federasiyasından idxal etdiyi avtomobillərin sayını artırıb.

İndex.az-ın əldə etdiyi məlumata görə, 2021-ci ilin birinci rübü ərzində RF-dən 1 078 ədəd avtomobil idxal edib. Bu avtomobillərin idxal dəyəri isə 13.14 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanın RF-dən gətirdiyi avtomobillərin 929 ədədi minik (idaxal dəyəri: 8.7 milyon dollar), 148 ədədi yük (4.4 mln. dollar) və yalnız 1-i avtobus (33 min dollar) olmuşdur.

2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ildə Azərbaycanın RF-dən gətirdiyi minik avtomobillərin sayı 9.8 faiz artdığı halda, yük avtomobillərin sayı 3.8 dəfə artmalı olmuşdur.

Ölkəmizə Rusiyadan idxal edilmiş minik avtomobillərindən 883 ədədi benzin mühərrikli (qığılcımla alışan) mühərrikinin həcmi 1.5-3 litr olanlardır.






©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz