Image description

İyulun 6-da, saat 15:00-da “Bank of Baku” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

İndex.az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding" şirkətinə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.





©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz