Image description

“Ethereum” kriptovalyutasının yaradıcısı Vitalik Buterinin sərvəti 850 milyon dollara düşüb və o, milyarder statusunu itirib. Xatırladaq ki, hələ 12 may tarixində Buterinin kapitalı 1.4 milyard dollar dəyərində qiymətləndirilib.

İndex.az xəbər verir ki, kriptovalyutaların çökməsi milyarderin sərvətinin kəskin azalmasına səbəb olub: “Coinmarketcap” birjasının verdiyi məlumata görə, həftə ərzində “Ethereum” təxminən 34% ucuzlaşıb. Hal-hazırda kriptovalyuta 2 620 dollar dəyərində qiymətləndirilir.

“Forbes” jurnalı qeyd edir ki, ümumilikdə kriptovalyuta milyarderlərinin sərvəti 15.5 milyard dollar azalıb. Təkcə “Ethereum” deyil, eyni zamanda digər kriptovalyutalar da çöküb. Böyük kriptovalyuta aktivlərinin sahiblərinin ümumi sərvəti 62.3 milyard dollardan 46.8 milyard dollara düşüb. Ən çox Sem Benkman-Fraydın sərvəti azalıb: zirvədə sahibkarın varidatı 16.7 milyard dollar təşkil edib, sonra isə 11.5 milyard dollara düşüb.

Xatırladaq ki, Benkman-Frayd “Alameda” adlı kriptovalyuta şirkətinin qurucusudur. O, “Forbes”un ən gənc milyarderlərindən biridir.

Kriptovalyutaların çöküşü “Tesla”nın rəhbəri İlon Maskın açıqlamasından və Çin Mərkəzi Bankının maliyyə qurumlarına rəqəmsal pullarla əməliyyatları qadağan etməsindən sonra baş verib.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz