Image description

2021-ci ilin yanvar-mart aylarında ölkəyə 1 249 ədəd yük avtomobili, 40 ədəd avtobus idxal olunmuşdur.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin ilk üç ayında Azərbaycana ümumilikdə 4 mln. 397 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40.6% azdır.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 40 ədəd avtobus (azalma 39.4%) idxal olunub.

Bizi Telegram-da izləyin: t.me/indexaz