Image description

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 176,3 min ton ət, 672,3 min ton süd, 624,7 milyon ədəd yumurta və 2,3 min ton yun istehsal edilib.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı 1,9% yun istehsalı 0,1 artıb.

Ötən 4 ay ərzində keçən ilin eyni dövrü ilə müqayisədə ölkədə yumurta istehsalı isə 4,4 % azalıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz