Image description

İyulun 7-si, saat 10:00-da “Günay Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

İndex.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında yerləşən baş ofisində olacaq.

İclasın gündəliyinə "Günay Bank"ın kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2020-ci ilin maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz