Image description

Azərbaycan Dövlət Neft Fondu tərəfindən 2020-ci il ərzində 7 milyard 303,64 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

 

İndex.az Fonda istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə, 709,78 ABŞ dolları və ya 10,8 faiz çoxdur.

 

2020-ci ilin dekabr ayı ərzində Fond tərəfindən 637,74 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu, 2020-ci ilin noyabr ayı ilə müqayisədə, 28,7 faiz çox, 2019-cu ilin dekabr ayına nisbətən isə 28,1 faiz azdır.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu il ərzində 6 milyard 593,86 milyon ABŞ dolları məbləğində vəsait satılıb.