Image description

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 mln 737 min 848 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

İndex.az bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən 4 ay ərzində Azərbaycan ixrac edilən xam neftin dəyəri 4 mlrd 353 mln 098 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən xam neftin həcmi ötən ilin müvafiq dövründən 9,3%, dəyəri isə 9,7% azdır.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında xam neftin payı 68,4% olub.

Bizi Telegram-da izləyin: t.me/indexaz