Image description

Bu ilin yanvar-aprelaylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni ayları ilə müqayisədə 2,1% artaraq 9 893,24 mln. ABŞ dolları təşkil edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk dörd ayında Azərbaycan xarici ölkələrə 6 364,34 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 3 528,91 mln. dollar olub. Nəticədə, 2 835,43 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3,1% azalıb, ixrac və idxal isə müvafiq olaraq 0,9% və 4,4% artıb.





©APA

Bizi Telegram-da izləyin: t.me/indexaz