Image description

Martın 1-də, saat 11:00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

İndex.az xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 122 ("Gümüş Plaza") ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə qurumun maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.