Image description

“Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Ramil Əzizov işdən çıxıb.

İndex.az xəbər verir ki, BOKT-a rəhbərlik Oğuz Mirzəyevə həvalə olunub.

Xatırladaq ki, “Avrasiya Kredit” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı). O.Mirzəyev isə Fondun rəhbəri Umud Mirzəyevin oğludur.

Bizi Telegram-da izləyin: t.me/indexaz