Image description

Bitkoin kriptovalyutası bazar ertəsi sürətlə ucuzlaşaraq apreldə qeydə alınmış rekord dəyərinin üçdə birindən çoxunu itirib.

İndex.az “Prime” agentliyinə istinadən xəbər verir ki, bitkoin ən böyük kriptovalyuta birjası olan “Binance”da Bakı vaxtı ilə saat 08:52-də 10 faiz ucuzlaşaraq 43,38 min dollara satılıb.

Bundan bir qədər öncə isə qiymət 42 197 dollar təşkil edib. Bu, indiyə qədər qeydə alınmış ən aşağı sutkalıq göstəricidir.

“CoinMarketCap” saytı isə məlumat verib ki, bitkoinin qiyməti 10,1 faiz düşərək 43,41 min dollar təşkil edib.

Xatırladaq ki, bazar günü axşam saatlarında tvitterdə istifadəçilərdən biri “Tesla” şirkətinin sahib olduğu bütün bitkoinləri satmasının bu kriptovalyutanın digər sahiblərini məyus edəcəyi ehtimalını irəli sürüb. “Tesla”nın rəhbəri Elon Mask istifadəçinin tvitinə laqeyd qalmayaraq cavabda qısaca “Həqiqətən də” yazıb. Maskın bütün bitkoinləri satmaq ehtimalını təkzib etməməsi bazarda narahatlığa səbəb olub və kriptovalyutanın qiyməti yenidən enməyə başlayıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz