Image description

Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR xarici ölkələrlə 132,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

İndex.az yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,3% çoxdur.

Bu ilin 4 ayıında ötən ilin eyni dövrü ilə müqayisədə muxtar respublikanın ixracının dəyəri 0,8% artaraq 99,6 milyon ABŞ dolları, idxalının dəyəri isə 39,1% artaraq 33,4 milyon ABŞ dolları olub.

Son nəticədə ötən 4 ay ərzində xarici ticarətdə 66,2 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 12,6% azdır.

Bizi Telegram-da izləyin: t.me/indexaz