Image description

VAKANSİYA 1

AZAQROTAXIL MMC

AZAQROTAXIL MMC “Satış koordinatoru” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

• Cinsi - qadın (25-35 yaş)
• Bu sahədə ən az 2 il iş təcrübəsi;
• Satış prossesləri və ümumi prinsiplərini anlamaq;
• Satışın planlaşdırılması;
• Bazarı təhlil etmək bacarığı;
• Danışıqların aparılması bacarığı;
• Satış sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
• Müqavilələrin tərtibatı haqda ümumi anlayış;
• Dil bilikləri: Rus dili, İngilis dili-arzu olunandı;
• MS Office proqramları;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.

Vəzifə öhdəlikləri:

• Korporativ müştərilər bazası ilə işləmək;
• Müştərilərlə əlaqə saxlamaq;
• Müştərilərə aid sənədləşmə işlərini aparmaq;
• Müştəri müqavilələrinin hazırlamaq;
• Yeni və mövcud müştərilər üçün Satış meneceri ilə razılaşdırılmış qiymət siyasəti əsasında kommersiya təkliflərini hazırlamaq;
• Sifarişləri qəbul etmək və qeydiyyata almaq;
• Müştərilərdən gələn müxtərlif sorğuları cavablandırmaq;
• Müştərilərə yeni məhsullar, yeni kampaniyalar haqqında məlumat vermək;
• Daxil olan zəngləri qəbul etmək, cavablandırmaq və ehtiyac olduqda satış menecerlərinə yönəltmək.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı 500 AZN
• İcbari sığorta
• İş vaxtı: 9.00 – 18.00 (bazar ertəsi – cümə)
• İstirahət günləri: şənbə,bazar, bayram günləri

Maraqlananlar öz CV formalarını arzu.kerimova.m@gmail.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində Satış koordinatoru qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.



VAKANSİYA 2

CaspianSAT

Employer: CaspianSAT
Job title: Administrative Assistant

Responsibilities:

- Provide overall administrative assistance, which may include but not limited to the following functions:
- Office administration
- Managing of documentation
- Accounting data monitoring
- Preparation of presentations
- Logistics and transportation administration
- Travel administration
- Contracts administration
- Interfacing with customers and contractors Professional

Requirements:

- Strong (minimum 5-years) experience of work on a position with the similar responsibilities Fluent in Russian, English, and Azerbaijani; good command of grammar in all 3 languages
- Advanced knowledge of the core MS Office products (Word, Excel, PowerPoint)
- Experience of work in international company is an advantage

Work schedule: 09:00 – 18:00 (Mon – Fri)
Salary: 1.300 AZN Net

CVs to be submitted to ai@caspiansat.com Subject of e-mail shall be “Administrative Assistant”. E-mails with incorrectly indicated subject will be automatically filtered out as spam



VAKANSİYA 3

Odlar Yurdu Sığorta Brokeri

“Odlar Yurdu” Sığorta Brokeri MMC namizədləri “Sığorta üzrə satış təmsilçisi” vəzifəsinə müraciət etməklə gənc və kreativ komandanın üzvü olmağa dəvət edir:

Namizədə tələblər:

• Yaş: 20 - 45
• Cinsi: Qadın
• Təhsil: Natamam Ali və ya Ali
• İş təcrübəsi tələb edilmir! Biz özümüz Sizi oyrədəcəyik, əsas istəyiniz olsun!
• Dil və İT bilikləri : Azərbaycan dili - sərbəst, rus dili - ortadan bir gədər yüksək; MS Office

Kompetensiyalar:

• Səbrlə dinləyə bilən, stresə davamlı
• Diqqətli, fikirlərini aydın izah edən
• Komanda ruhu yüksək olan

Əsas vəzifə öhdəlikləri:

• Müştərilərə təqdim olunan sığorta məhsullarının mahiyyətini onlara çatdırır;
• Müştərilərin istək və ehtiyaclarını təmin və onları təhlil edir;
• Sığorta xidmətlərinə marağın və tələbatın yaranmasında və formalaşmasında iştirak edir;
• Mənimsənilməmiş sığorta xidmətləri növlərini və onların inkişaf perspektivlərini öz praktikasında tətbiq edir və ya araşdırır;
• Müştərinin tələbinə uyğun olan sığorta məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi.

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş qrafiki həftənin 5 günü
• Əmək haqqı : başlanğıc 250AZN + bonuslar və fazilər
• İş vaxtı 09:30 - 18:30
• Ünvan: Xətai r-nu, Nobel pr. 15, Azure Biznes Mərkəzinin 23-cü mərtəbəsi, 159 otaq

CV-də qeyd olunan əlaqə nömrəniz aktiv olmalıdır. Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin. Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini info@oys.az mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Sığora üzrə satış təmsilçisi” qeyd edin.



VAKANSİYA 4

Rimas Academy

Receptionist

Xaricdə təhsil və dil kursları fəaliyyəti ilə məşğul olan “RIMAS ACADEMY” MMC Gəncə filialina receptionist (qeydiyyatçı) vəzifəsinə vakansiya elan edir!

İş barədə məlumat :

- Şirkətə müraciət edən bütün şəxslərin qeydiyyata alınmasının təmin edilməsi
- Müştərilərin nəzakətlə və peşəkarcasına qəbulu və qarşılanması
- Müəllim və tələbələrin dərslərə vaxtında gəlib getmələri barədə məlumatların ətraflı və dolğun surətdə qeydə alınması
- Hər zaman qəbul otağını və dərs otaqlarının təmiz və səliqəli saxlanılmasına nəzarət edilməsi
- Tələb olunduğu halda, sənədlərin surətlərinin çıxarılması, tikilməsi və s. kimi işlərdə işçi heyətə yardım etmək
- İş qrafiki: 6 iş günü
- İş saatı: həftə içi 09:00-dan 18:00-dək, 6-cı gün 10:00 : 16:00
- Əmək haqqı: 250 AZN+bonus

Tələblər:

- Təhsil: Ali təhsilli
- Cinsi: Qadın
- Yaş: 21-35
- Xoş və səliqəli zahiri görünüş
- Azərbaycan dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları
- Gülərüz, səliqəli və kollektivlə işləmə qabiliyyətinin olması
- Diqqətli və məsuliyyətli olmaq
- Microsoft Office proqramlarında, sosial şəbəkə programlarından sərbəst işləmə bacarıqlarına sahib olmaq

Vakansiyaya uyğun gələn namizədlərin CV-lərini rimas.academy21@gmail.com elektron ünvanına göndərməkləri arzu olunur.

İş yeri Gəncə şəhərində yerləşir.
Mob: (099) 871-20-21



VAKANSİYA 5

Continental Consulting Group

Mühasib

Şirkətin adı: Continental Consulting Group

İş yeri (Şəhər): Ağcabədi, Ağdam, Biləsuvar, Beyləqan, Bərdə, İmişli, Goranboy, Saatlı, Salyan, Sabirabad, Tərtər, Şirvan, Ucar
Əmək haqqı: Razılaşma ilə
Son tarix : 30.05.2021
E-poçt: continentaloffice@ccgroup.az

Tələblər

- Yaş həddi 20-35
- Ali təhsilli (maliyyə,iqtisadi təhsil arzu olunandır)
- İş qrafiki 5 günlükdür
- İş vaxtı 09:00 -dan 18:00-dək
- Kollektivlə işləmə bacarığı.
- Dəqiq və məsuliyyətli olmalı.
- Əmək haqlarının hesablanması
- Daxili nəzarətin həyata keçirilməsi
- Layihələr üzrə xərclərin hesabatı
- Ofis işləri
- Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
- Ölkə xarici və daxili bank əməliyatları
- Minimum 2 il mühasibatlıq üzrə 1C təcrübəsi
- Ofis Proqram Bilikləri Mütləqdir
- Rus dil bilgisi arzu olunandır
- Məcəlləsi bilikləri
- Sadələşdirilmiş vergi bəyannaməsi bilikəri
- Statistika
- DMSF Hesabatları bilikləri

Yalnız işi bilən namizədlər CV göndərsin və vakansiyanı qeyd edən zaman hansı rayon olduğunu və vakansiyanın adını mütləq qeyd edin.



VAKANSİYA 6

Continental Consulting Group

Baş mühasib

Şirkətin adı: Continental Consulting Group

İş yeri (Şəhər): Ağcabədi, Ağdam, Biləsuvar, Beyləqan, Bərdə, İmişli, Goranboy, Saatlı, Salyan, Sabirabad, Tərtər, Şirvan, Ucar
Əmək haqqı: Razılaşma ilə
Son tarix : 30.05.2021
E-poçt: continentaloffice@ccgroup.az

Vəzifə öhdəlikləri:

- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
- Vergi (ƏDV, ÖMV, Mənfəət, Sadələşdirilmiş, Gəlir, Əmlak), DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- Əmək haqqı hesablanmasına nəzarət etmək, onun yoxlanılmasını və ödənişlərini icra etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
- Təhtəlhesab, balans, avans hesabatının aparılmasını tərtib edilməsi;
- Debitor və kreditor borclara nəzarət;
- Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət;
- Ciddi hesabat blanklarının fasiləsiz tətbiqinə nəzarət;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar.

Tələblər:

- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə biliklər;
- Microsoft Office (xüsusilə Excel);
- 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli.
- Yaş həddi: 25 yaş üzəri
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək
- Sənədləşmə: Qanunvericiliyə uyğun şəkildə təşkil olunur.



VAKANSİYA 7

Goldenpay

Vəzifə - Mühasib (təcrübəçi)

Vəzifə öhdəlikləri:

• Məlumatların düzgünlüyünə və dəqiqliyinə nəzarət, dürüstlük
• Gəlir və xərclərin uçotuna nəzarətdə iştirak
• Bank əməliyyatlarına nəzarətdə iştirak
• Maliyyə hesabatlarının hazırlanmasında iştirak
• Məlumatların analizi və müqayisəsi
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi

Tələblər

- İqtisad yönümlü təhsil ( maliyyə və mühasibat uçotu sahəsində təhsil arzu olunandır)
- Dürüstlük, dəqiqlik və məsuliyyətli olmaq
- MS Office Excel-də işləyə bilmək qabiliyyəti

Təkliflər

- Gözəl iş mühiti
- Mühasibatlıq və maliyyə sahəsində iş təcrübəsi

Maraqlanan namizədlərdən öz CV-lərini hr@goldenpay.az ünvanına, mövzu bölməsində “Mühasib (təcrübəçi)” yazmaqla göndərmələri xahiş olunur.



VAKANSİYA 8

Music Gallery

Vakansiya: Mağaza inzibatçısı (Sumqayıt)

Tələblər:

• Mağazanın idarə ediləsi sahəsində azı 1 il iş təcrübəsi;
• Komandanın idarə edilməsi təcrübəsi;
• Satış sahəsinə dair nəzəri və praktik biliklər;
• Satışın Planlanması və Planın icrasına dair təcrübə;
• Azərbaycan və rus dillərini səlis bilməli.

Əsas vəzifələr:

• Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması;
• Satışın effektiv həyata keçirilməsi;
• Mağaza işçilərinin davamiyyətinin izlənilməsi;
• İşçilərə iş yerində təlimlərin keçirilməsi;
• Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi;
• Mağazanın işçi heyətinin effektiv idarə edilməsi;

Biz Siz təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Aşağıdakı tələblərə cavab verən namizədlər mövzu yerində “Mağaza inzibatçısı - Sumqayıt” yazaraq, CV-lərini vacancy@mgstore.az elektron ünvanına göndərər bilərlər



VAKANSİYA 9

Aqrar İnnovasiya və Təchizat Şirkəti

İşə götürən: Aqrar İnnovasiya və Təchizat şirkəti
Vəzifə: Maliyyə-nəzarət üzrə mütəxəssis

Əmək haqqı: 800 AZN

Vəzifə öhdəlikləri:

• Mağazalarda və anbarda yoxlamaların, mal sayımının və inventarlaşmanın aparılmasını təmin etmək;
• İş bölgüsü əsasında şöbə tərəfindən verilmiş digər tapşırıqların icrası;
• Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması;
• Debitor və kreditor borclar üzrə üzləşmələrin aparılması.

Namizədə dair tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat);
• Sahə üzrə 2-3 il iş təcrübəsi;
• İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq
• Sürücülük vəsiqəsi
• MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı)
• Yazılı hesabat tərtib etmək təcrübəsi;
• Təhlil qabiliyyəti;
• Komandada işləmə bacarığı;

İş qrafiki:

- 6 günlük iş qrafiki
- Ezamiyyə xərcləri və nəqliyyat vasitəsi şirkət tərəfindən təmin olunur

Maraqlanan namizədlər mövzu yerində “M-NM” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər.



VAKANSİYA 10

Trion Trade

Expeditor

Tələblər:

• Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır)
• Sürücülük vəsiqəsi + şəxsi avtomobil (Məsrəflər şirkət tərəfindən ödənilir benzin+amortizasiya)
• Azərbaycan dilini, rus dilini səlis bilməlidir
• İş təccürbəsi: Satış sahəsində azı 2 il iş stajı (qeyri-qida sektorunda təccürbəsi arzu olunandir)
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı
• Dəqiq və işinə qarşı məsuliyyətli olan
• Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti
• İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan

İş barədə məlumat:

• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
• Məhsulun təqdim edilməsi.
• Zalda məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
• Mağazada və anbarda olan malların qiymətləri, ölçüləri, miqdarı və s. barədə məlumatları bilmək.
• Satış sonrası işin izlənməsi
• Hesabatlar
• Satışların müvəffəqiyyətlə aparılması üçün peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi və bacarıqların təkmilləşdirilməsi.
• Əmək haqqı: fiks 400 AZN+ satışdan faiz

E-mail: hr.manager@trion.az

Əlaqə nömrəsi 0552020794 -Dilbər x.



VAKANSİYA 11

Zeta

Zeta Group is currently looking for highly motivated and experienced candidates to fill the vacant role of “Marketing Manager” in our Marketing division.

The role is responsible for the execution of marketing management strategy of the company under the top manager.

Main Requirements:

• Relevant degree from a university or from an institution of equivalent status.
• At least 5-year experience working in marketing or public relations;
• Additional related education or certification(s) may substitute for the required experience (Preference will be given to candidates with a specific degree/coursework in marketing, public relations, or related field);
• Excellent command of Azerbaijani, English and Russian languages.

Main Responsibilities:

• Develop communication strategies and execute public relations programs within the local and international markets as appropriate
Developing the marketing strategy for the company in line with company objectives;
• Coordinating marketing campaigns with sales activities;
• Overseeing the company’s marketing budget;
• Creation and publication of all marketing material in line with marketing plans;
• Develop and build positive relationships with media and industry partners in key markets;
• Planning and implementing promotional campaigns;
• Manage and improve lead generation campaigns, measuring results;
• Monitor and report on effectiveness of marketing communications;
• Creating a wide range of different marketing materials;
• Working closely with design agencies and assisting with new product launches;
• Maintain effective internal communications to ensure that all relevant company functions are kept informed of marketing objectives;
• Analyzing potential strategic partner relationships for company marketing;
• Host media events in the Property and participate in all sales & marketing in-house events;
• Providing ideas and input into the division of new e-marketing materials;
• Other duties as assigned by the top manager;

Interested candidates can apply for the role, please email your CV to the: hrm@zeta.az, indicating the position title (Marketing Manager) in the subject line. Please note that only shortlisted candidates will be contacted.



VAKANSİYA 12

İntex Audit

Firma adı – "İNTEX Audit" MMC

Vakansiya – Aparıcı (Baş) mühasib

Tələblər:

- Azı 5 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
- Vergi qanunvericiliyini mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
- Mühasibat uçotunu mükəmməl bilməlidir;
- İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
- Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 7.7-8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
- Azərbaycan dilini mükəmməl, Rus dilini yaxşı səviyyədə bilməlidir. İngilis dilini də bilmək əlavə üstünlükdür;
- İdarəetmə bacarığı olmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;
- Təzyiq altında işləmə bacarığı, stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir.

Vəzifələr:

- Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
- Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq;
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
- Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
- İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
- Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), DSMF və Statistika hesabatlarını tərtib və təqdim etmək;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:

- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi (I - V günlər, 09:00 - 18:00);
- Əmək haqqı məbləği hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir).

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını vacancy@intexaudit.az email ünvanına göndərə bilərlər



VAKANSİYA 13

NOVCO Group of Companies

Vəzifə: Maliyyə şöbəsində aparıcı mühasib

Vəzifə öhdəlikləri:

• Dövlət orqanlarına verilən mühasibat hesabatlarının hazırlanması və təqdim olunması
• Maya dəyəri, P&L, Cash flow hazırlamaq
• Vergi uçotu , DSMF, Statistika ilə bağlı əməliyyatların icra olunması
• Bank əməliyyatlarının həyata keçirilməsi

Tələblər:

• Təhsil: Ali (Maliyyə, Mühasibat, İqtisadiyyat)
• Kompüter bilikləri: MC Office- sərbəst işləmək bacarığı , 1C (8.2 , 8.3) proqramı – sərbəst işləmək bacarığı.
• E-gov, e-taxes portalları ilə işləmək bacarığı.
• Əmək və vergi qanunvericiliyinin əsaslarını bilmək;
• Mühasib vəzifəsində 2 ildən az olmayan təcrübə
• Debitor və kreditorlarla hesablaşmalar üzrə təcrübə

Əmək şəraiti:

• İş qrafiki: 5 günlük iş qrafiki
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini career@novco.com e-mailinə, mövzu hissəsində “ Aparıcı Mühasib” qeyd edib göndərilməsi xahiş olunur



VAKANSİYA 14

AzerGold CJSC

Şirkət haqqında:

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Vakansiyanın adı: Satıcı

Əsas vəzifə və öhdəliklər:

• Mağazaya daxil olan müştərilərin qarşılanması;
• Məhsulların təqdimatı;
• Alış / satış proseduru və qiymətlərin formalaşması üsulunun müştərilərə izah edilməsi;
• Satışın müvafiq qaydada uçotunun təşkili;
• Məhsulların vitrinlərə müvafiq qaydada yerləşdirilməsini təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq,münasibətlərin qurulması və ünsiyyət bacarığı, satış və inandırmaq bacarığı, səbrli, gülərüz və stressə davamlı;
• Dil və komputer bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili (arzuolunandır.) Microsoft Office proqramları

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil arzuolunandır;
• Lyuks brendlerin satışı sahəsində ən azı 1 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.



VAKANSİYA 15

166 Yükdaşıma və Logistika

Maliyyə direktoru

Vəzifə öhdəlikləri:

• Maliyyə rəhbəri vəzifələrinə proqnozlaşdırma modellərinin yaradılması, bütün vergi və mühasibat uçotu işlərinin qaydalara uyğunlaşdırılması;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin həyata keçirilməsi və prosesə nəzarət edilməsi;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin uçotunun hazırlanması;
• Xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilinin həyata keçirilməsi və prosesə nəzarət edilməsi;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin, əmək haqqının ödənilməsi hesablarının, dövlət büdcəsinə məcburi ödəmələrin, dövlət sosial sığorta fonduna ayırmaların və digər ayırmaların tərtib edilməsi və nəzarətinin həyata keçirilməsi;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, həmçinin əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
• Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edilməsi;
• Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
• Vergi orqanları ilə görüşlərdə iştirak edilməsi və yazışmaların həyata keçirilməsi;
• Şirkətin illik maliyyə büdcəsinin təşkil edilməsi;
• Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və onların icrasına nəzarət edilməsi;
• Mühasibat və maliyyə hesabatlarının təhlil edilməsi və nəticələr barədə rəhbərliyə məlumatların təqdim edilməsi.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
• ACCA, CIMA və IFRS üzrə biliklərin olması üstünlükdür;
• Maliyyə rəhbəri kimi 2-3 illik iş təcrübəsi;
• Büdcə və risklərin idarə olunması ilə bağlı təcrübə;
• Liderlik qabiliyyəti;
• Nağd pul axınının idarə edilməsi, bankların uyğunlaşdırılması və mühasibat uçotu barədə dərindən məlumat;
• Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür.

İş haqqında məlumat:

• İş yeri: Səbail ray., Z.Əliyeva küç., 55, Yeni Həyat Plaza;
• İş saatı: 09:00-18:00;
• Əmək haqqı: 1500-2500 AZN.

Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=105

Bizi Telegram-da izləyin: t.me/indexaz