Image description

“PSG Kapital İnvestisiya Şirkəti” QSC 2020-ci ili 1 milyon 332 min manat xalis mənfəətlə başa vurub.

Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 2,9 dəfə çoxdur.

Ötən il “PSG Kapital”ın vergiyəqədərki mənfəəti 1 milyon 667 min manat (əvvəlki illə müqayisədə 2,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 334 min manat (2,8 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PSG Kapital”ın aktivləri 24 milyon 392 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,2% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 11,1% azalaraq 16 milyon 247 min manata düşüb, balans kapitalı 2,8 dəfə artaraq 8 miylon 145 min manata, o cümlədən nizamnamə kapitalı 3,1 dəfə artaraq 6 milyon 250 min manata çatıb

Xatırladaq ki, “PSG Kapital” 2012-ci ildə yaradılıb. Onun səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi). İnvestisiya şirkəti SOCAR istiqrazlarının market-meykeridir. (Report)

Bizi Telegram-da izləyin: t.me/indexaz