Image description

“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 41 min manat zərərlə başa vurub. Halbuki BOKT 2019-cu ildən 41 min manat xalis mənfəətlə çıxmışdı.

Bu il yanvarın 1-nə “Azinvestkredit”in aktivləri 500 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 9,7% azdır. Bunun 492 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 9,7% kiçilib.

Hesabat dövründə “Azinvestkredit”in öhdəlikləri 6,5 dəfə azalaraq 2 min manata, balans kapitalı isə 7,8% azalaraq 499 min manata düşüb.

Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır. (Report)

Bizi Telegram-da izləyin: t.me/indexaz