Image description

İyunun 29-da, saat 15:00-da “TuranBank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İndex.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 85 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 75 milyon manatdır. Bankın səhmlərinin 55,3%-i 20 fiziki şəxsə, 44,7%-i isə 8 hüquqi şəxsə məxsusdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz