Image description

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun mövcud durumunu qiymətləndirib.

İndex.az xəbər verir ki, "Fitch" Azərbaycanın bank sektorunun nisbətən zəifolduğunu və bunun agentliyin ölkənin bank sisteminin "b" səviyyəsində qiymətləndirməsində öz əksini tapdığını qeyd edir.

Buna baxmayaraq, agentliyinin analitiklərison illərdə sektorda kredit əsaslarında bir irəliləyişin olduğu və aprel ayında əməliyyat mühiti üzrə proqnozun"mənfi"dən "stabil"ə yüksəldilməsi haqqında məlumat verib.

"Fitch"ə görə, cari ilin I rübündə cəmi depozit bazasının dollarlaşması 2019-cu ilin sonunda qeydə alınan 61%-dən 55%-ə ensə də,"BB+" səviyyəsində qiymətləndirilən ölkələrə xas olan 26%-lik səviyyədən (median göstərici) uzaq qalır. Bundan əlavə, bank sektorunun ümumi dollarlaşmasının yüksək qaldığı bildirilir.

"Sektor "Tier 1" göstəricinin 22% olmaqla, yaxşı kapitallaşıb və problemli kreditlərin nisbəti 2019-cu ilin sonundakı 8,3%-dən I rübün sonuna 6,2%-ə enib. Dövlətin dəstəyi azaldığı müddətdə dəyərsizləşmədən əvvəl mənfəətin aktivlərin keyfiyyətinə göstərilən təzyiqi absorbsiya edəcəyini gözləyirik", - deyə agentliyin analitikləri bildirib.

APA-Economics

Bizi Telegram-da izləyin: t.me/indexaz