Image description

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2021-ci ildə Azərbaycanın xarici dövlət borcunun ÜDM-dəki payının 18,1%-dək enəcəyini proqnozlaşdırır. Bu, ötən proqnozla(ötən ilin noyabr ayında verilib– red.) müqayisədə 3,7 faiz bəndi azdır.

İndex.az agentliyə istinadən xəbər verir ki, 2022-ci ildə xarici dövlət borcunun ÜDM-nin 17,6%-dək azalacağı proqnozlaşdırılır. Ötən proqnoz 20,2%-ə bərabər idi.

Qeyd edək ki, Dünya Bankının yeni proqnozuna əsasən, 2021-ci ildə ölkənin xarici dövlət borcu ÜDM-in 17,1%-ni, 2022-ci ildə isə ÜDM-in ÜDM-in 16,7%-nə təşkil edəcək. Bundan əlavə, "Moody's Investors Service" şirkəti bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 19,4%-nə bərabər olacağını proqnozlaşdırır.

Xatırladaq ki, cari ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 821,5 mln. ABŞ dolları (14 996,5 mln. manat) və ya ÜDM-in 20,7%-ni təşkil edib. 2019-cu ilin yekunlarına əsasən isə bu göstərici 8,927 mlrd. dollar və ya ÜDM-in 19%-nə bərabər olub.

APA-Economics

Bizi Telegram-da izləyin: t.me/indexaz