Image description

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Aqro” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.

İndex.az xəbər verir ki, şirkətin kapitalı 100 manatdan 642 594 manata çatdırılıb.

Xatırladaq ki, ASK sözügedən şirkəti 2018-ci ildə, "ASK Heyvandarlıq" adı ilə yaradıb, ötən il rebrendinq edib. Kommersiya qurumu Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət göstərir, südçülük və maldarlıq üzrə damazlıq təsərrüfatıdır.

Bundan başqa, Korporasiyaya məxsus, 2018-ci ildə yaradılmış "ASK Poliqrafiya" MMC-nin də nizamnamə kapitalı 100 manatdan 75 200 manata çatdırılıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz