Image description

“Bank Avrasiya” ASC 2020-ci ili 1,226 milyon manat xalis mənfəətlə başa vurub.

İndex.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 77,1 % və yaxud 4,4 dəfə azdır.

Ötən il “Bank Avrasiya”nın gəlirləri 12,471 milyon manat (illik müqayisədə 3,2 % az), xərcləri 6,923 milyon manat (9 % az), xüsusi ehtiyatlara ayırmaları 3,992 milyon manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 331 min manat (4,1 dəfə az) ) təşkil edib.

Bu il yanvarın 1-nə “Bank Avrasiya”nın aktivləri 159,704 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,3 % azdır. Bunun 97,99 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 0,7 % böyüyüb.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 12,1 % azalaraq 88,556 milyon manata, o cümlədən depozit portfeli 18,2 % azalaraq 44,028 milyon manata düşüb, balans kapitalı isə 2,1 % artaraq 71,148 milyon manata çatıb.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Report