Image description

İyunun 24-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

İndex.az Banka istinadən xəbər verir ki, yığıncaq "Azər-Türk Bank"ın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında yerləşən inzibati binasında olacaq. Yığıncağın gündəliyi yalmız bildirişlə birgə səhmdarlara göndərilib.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz