Image description

2020-ci ildə "Bakı Metropoliteni" QSC-yə dövlət büdcəsindən 40 milyon manat subsidiya ayrılıb.

İndex.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Bundan başqa, məlumata görə, ötən il Bakı metrosu sərnişindaşımadan 25,1 milyon manat gəlir əldə edib, onun xidmətlərinin maya dəyəri isə 111,1 milyon manat təşkil edib.

"Metroda sərnişindaşıma dayandırılsa da, bu nəqliyyat müəssisəsi spesfik xüsusiyyətli olduğundan, onun bütün qurğu və avadanlıqları saz vəziyyətdə saxlanılmalı, texniki normativ sənədlərə uyğun proseslər həyata keçirilməlidir. Bununla əlaqədar il ərzində metropolitenin istismar fəaliyyəti üzrə xərclərinin qarşılanması üçün büdcədən 27,7 milyon manat yardım ayrılıb”, - məlumatda qeyd olunub.

Bizi Telegram-da izləyin: t.me/indexaz