Image description

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “UX/UI dizayner” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “UX/UI dizayner” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Məhsulların inkişafı departamenti
Vəzifə: UX/UI dizayner
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

- Məhsul üzrə menecerlər (Product Manager), baş dizayner (Design Lead) və tərtibatçılarla (developer) birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və UI dizaynların yaradılması;
- Müştəri təcrübəsinin və tələbatlarının araşdırılması;
- İstifadəçi personalarının müəyyən edilməsi və araşdırılması;
- Yaradılmış dizayn prototiplərinin potensial istifadəçilərlə test edilməsi, nəticələrin analizi;
- Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
- Yaradılmış rəqəmsal məhsulların interfeys dizaynının inkişaf etdirilməsi.

Vəzifəyə tələblər:

- Müştəri ehtiyaclarının araşdırılmasının nəticələrinə uyğun UX dizaynların və konseptlərinin hazırlanmasında təcrübə;
- Araşdırma, qiymətləndirmə və analitik bacarıq;
- Yüksək kommunikasiya və komandada işləmək bacarıqları;
- Dizaynların müştəri tələbatlarına cavab verdiyinin yoxlanılması üçün prototip-test proseslərinin təşkil olunmasında təcrübə;
- Usability və A/B testing proseslərinin təşkili üzrə təcrübə arzuolundır;
- Yüksək səviyyədə visual dizayn qabiliyyəti;
- Sketch, Figma və Adobe CS proqramlarının istifadəsində təcrübə;
- Yaxşı səviyyədə interaktiv dizayn qabiliyyətləri və ya vizyonu;
- Şəbəkə protokolları və verilənlər bazaları ilə iş təcrübə;
- Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
- Bank işi haqqında məlumat, bank işində təcrübə arzuolunandır.
- Rus və ya İngilis dili arzuolunandır.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Bizi Telegram-da izləyin: t.me/indexaz