Image description

"Xalq Bank" 2020-ci ildə aktivlərini 4,3% – 2 milyard 353,091 milyon manata qədər azaldıb. 

İndex.az "İnterfaks-Azərbaycan"a istinadən xəbər verir ki, 2020-ci il dekabrın 30-na bankın kredit portfeli 1 milyard 475,123 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 19,4% ) təşkil edib.

Ötən ilin sonuna “Xalq Bank”ın öhdəlikləri 1 milyard 916,302 milyon manata (azalma 6%) bərabərdir.

Hesabat dövrünün sonuna bankda depozit portfeli 1 milyard 590,492 milyon manat (azalma 7,3%) təşkil edib.

30 dekabr 2020-ci il tarixinə “Xalq Bank”ın kapitalı 436,788 milyon manat (artım 4,1%), nizamnamə kapitalı 364 milyon 772,54 min manat (dəyişməyib) məbləğindədir.

2020-ci ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 25 milyon 775 min manat (2019-cu illə müqayisədə azalma 23% - İF) təşkil edib.

Qeyd edək ki, "Xalq Bank" 2004-cü il dekabrın 30-da bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları 3 hüquqi şəxsdir.